QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, deputat Aqil Abbas “Sabah”la “Barselona” arasında keçiriləcək qarşılaşmanın çətin olacağını deyib. O, “Sabah”ı hamının komandası adlandıraraq, indidən “Barselona”nın qalib gələcəyini söyləməyin doğru olmadığını bildirib.
Aqil Abbas əvvəllər Lionel Messi “Barselona”da çıxış edərkən bu kluba azarkeşlik etdiyini, hazırda isə Lamin Yamala görə həmin komandanı dəstəklədiyini qeyd edib. Deputat futbol komandalarından çox ayrı-ayrı oyunçulara azarkeşlik etdiyini vurğulayıb. O, Arda Gülərə görə “Real Madrid”i dəstəklədiyini, özünün isə “Qarabağ” və “Sabah” azarkeşi olduğunu, Azərbaycan futboluna bağlılığını söyləyib.
Deputat “Sabah”a uğurlar хүсəyib və komandanın yaxşı oyun göstərəcəyinə ümid etdiyini bildirib.
“Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda bu gün “Barselona”nı qəbul edəcək. Matç Bakı Olimpiya Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Dörd oyundan 3 xal toplayan “Sabah” turnir cədvəlində 30-cu, 9 xalı olan “Barselona” isə 8-ci yerdədir.