QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Avstraliyalı senator Fatimə Peyman Senatda yeni doğulmuş körpəsi ilə görünərək diqqət çəkib.

Əfqanıstan əsilli Peyman parlamentdə çıxış etdiyi vaxt qızı Aliyəni qucağında tutub. Bu, Avstraliya Senatında onlayn təhlükəsizliyə dair qanun layihələrinin müzakirə olunduğu müddətdə baş verib.

Senator daha əvvəl hicab taxması və HƏMAS qrupunu dəstəkləməsi də daxil olmaqla, islamçı meyllərinə görə tənqid edilib. Onun körpəsi ilə çıxış etməsi sosial şəbəkələrdə həm tənqid, həm də dəstək görüb.