QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Litvanın xarici işlər naziri Kestutis Budris bu axşam “Sabah” futbol klubunun oyununa azarkeşlik edəcək. O, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında açıqlayıb.
Budrisin sözlərinə görə, o, Bakı Olimpiya Stadionunda Çempionlar Liqasının V turunda keçiriləcək “Sabah” – “Barselona” qarşılaşmasını izləyəcək.
“Valdas Dambrauskas və “Sabah” axşamkı oyuna hazırlaşırlar. Mən də nazir Ceyhun Bayramovla birlikdə “Sabah”a azarkeşlik edəcəyəm. Çünki bütün sahələrdə, o cümlədən futbolda qələbə qazanmaq bizim taleyimizdir”, – Litvanın XİN rəhbəri bildirib.
Qarşılaşmanın Bakı vaxtı ilə saat 21:45-də başlanacağı qeyd olunub. “Sabah”ın baş məşqçisi litvalı futbol mütəxəssisi Valdas Dambrauskasdır.