QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı və ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev noyabrın 26-da Avstriyanın paytaxtı Vyanaya yollanacaq.
Səfər zamanı o, ATƏT-in İqtisadi və Ətraf Mühit Komitəsinin “ATƏT-in iqtisadi və ətraf mühit ölçüsünün təsiri – nəticələr və əldə edilmiş təcrübələr” mövzusundakı iclasına qatılacaq. Quliyev müzakirə olunan məsələlər barədə çıxış edəcək. Səfər noyabrın 28-də yekunlaşacaq.