QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Yardımlı rayonunun Gendərə kəndində azyaşlı su hövzəsində həyatını itirib.

Hadisə noyabrın 24-də qeydə alınıb. Kənd sakini, 2019-cu ildə anadan olan Əli Qurbanlı yaşadığı kənddəki su hövzəsində boğulub.

Faktla əlaqədar Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.