QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçiriləcək qarşılaşmaların vaxtı müəyyənləşib. Peşəkar Futbol Liqasından verilən məlumata görə, oyunlar iki gün davam edəcək.
Dekabrın 1-də saat 14:00-da “Karvan-Yevlax” Yevlax şəhər stadionunda “Zirə” ilə, saat 16:00-da “Sabah” “Sabah Arena”da “İmişli” ilə qarşılaşacaq. Həmin gün saat 19:00-da Tovuz şəhər stadionunda “Turan Tovuz” və “Kəpəz” üz-üzə gələcək.
Dekabrın 2-də saat 14:00-da Şamaxı şəhər stadionunda “Araz-Naxçıvan” – “Marafon” oyunu keçiriləcək. Saat 16:00-da Qəbələ şəhər stadionunda “Qəbələ” “Şahdağ Qusar”ı qəbul edəcək, “Palms Sports Arena”da isə “Neftçi” ilə “Şəfa” qarşılaşacaq.
Günün son oyunları saat 19:00-da başlayacaq: Gəncə şəhər stadionunda “Gəncəbasar” “Şamaxı” ilə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda isə “Sumqayıt” “Qarabağ”la mübarizə aparacaq.