QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, bu ilin ilk doqquz ayında xarici ölkələrdən Azərbaycana 439,76 ton dondurulmuş iribuynuzlu heyvan qaraciyəri gətirilib. İdxalın ümumi dəyəri 1 milyon 10,22 min dollar olub.
Açıqlanmış rəsmi göstəricilər əsasında aparılan hesablamaya görə, məhsulun bir kiloqramının ölkəyə giriş üzrə orta gömrük dəyəri 2,3 dollar, yaxud 3,9 manat təşkil edib.
Ən böyük həcmdə məhsul Polşadan alınıb: bu ölkədən 341,58 ton qaraciyər idxal edilib. Ən aşağı göstərici isə Çin üzrə qeydə alınıb; oradan Azərbaycana 6,93 ton məhsul gətirilib.
Ölkələr üzrə idxal həcmi və bir kiloqramın gömrük dəyəri belədir: Polşa – 341,58 ton və 3,7 manat; Belarus – 37,49 ton və 5,6 manat; İtaliya – 24,51 ton və 4 manat; Ukrayna – 15,04 ton və 4,6 manat; Braziliya – 14,21 ton və 3,7 manat; Çin – 6,93 ton və 2,7 manat.