QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Quba Soyqırımı Muzeyi və simvolik məzarlıq kompleksi “Bağ-park, monumental və xatirə abidələri” siyahısına əlavə olunub.
Dəyişikliyi nəzərdə tutan qərarı Baş nazir Əli Əsədov imzalayıb. Sənəd dövlət mühafizəsinə götürülən daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiqi ilə bağlı Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 nömrəli qərarına dəyişiklik edir.
Qərara əsasən, Astara rayonundakı Əlişa qala kompleksi də “Arxeoloji abidələr” bölməsinə daxil edilib. Kompleksin tarixi e.ə. IV əsrdən eramızın XVI əsrinədək olan dövrü əhatə edir.