QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycanda orta aylıq pensiyanın məbləği bir il ərzində təxminən 56 manat yüksələrək 595,8 manata çatıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, oktyabrın 1-i üçün qeydə alınan orta pensiya ötən ilin eyni vaxtı ilə müqayisədə 10,3 faiz çox olub. Bu göstərici ölkədə orta aylıq əməkhaqqının 50,8 faizinə bərabərdir.

Pensiyaların növləri üzrə orta məbləğ yaşa görə 633,5 manat, ailə başçısını itirməyə görə 600,5 manat, əlilliyə görə isə 480,4 manat təşkil edib.