QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanda yeddi özəl tibb müəssisəsinin dövlət qarşısında vergi borcu var. Bu barədə kommersiya qurumlarının dövlət reyestrindəki məlumatlarda bildirilir.
Yeni Həyat Klinikasının 7 521,87 manat borcu qeydə alınıb. Müəssisənin qanuni təmsilçisi Ayxan Mehdiyevdir. Hind Klinikasının 13 232,74 manat vergi borcu var, qanuni təmsilçisi Ronald Austin D'Mello-dur.
İstanbul Klinikasının borcu 6 249,51 manatdır. Klinikanı qanuni təmsilçi kimi Aynur Məmmədova təmsil edir. MedAura Klinikasının 505 791,14 manat vergi borcu qeydə alınıb; qanuni təmsilçisi Mübariz İsbiyevdir.
Starlab Klinikasının 6 034,98 manat borcu var. Qanuni təmsilçisi Şükürəli Cəfərov olan RM Medicare Klinikanın vergi borcu 32 152,52 manat təşkil edir.
R.A Stomatoloji Klinikasının 731,19 manat vergi borcu qeydə alınıb. Müəssisənin qanuni təmsilçisi Raman Məhərrəmovdur.