QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti dünya bazarında 0,03 dollar (0,03 faiz) artaraq 106,84 ABŞ dollarına çatıb.
Azərbaycanın bu il üçün dövlət büdcəsində neftin orta qiyməti bir barel üçün 65 ABŞ dolları götürülüb.
“Azeri Light”ın ən ucuz qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.