QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, “Azeronline LTD” birgə müəssisəsi noyabrın 7-də Ağdaş şəhərində keçiriləcək Heyva Festivalının rəqəmsal tərəfdaşı olacaq.
İnternet provayderi festival məkanını internetlə təmin edəcək və tədbirdə xüsusi stendlə təmsil olunacaq. “Dünyaya bizimlə bax!” adlı interaktiv stenddə ziyarətçilərə şirkətin yeni məhsul və layihələri, eləcə də əlavə internet avadanlıqları təqdim ediləcək. Burada oyun zonası, hədiyyəli yarışmalar və müxtəlif sürprizlər də nəzərdə tutulub.
Festival ərazisində yüksəksürətli internetin təşkili telemetriya və yerli istehsalçıların rəqəmsallaşmasına yönələn digər həllərin təqdimatına imkan verəcək. Şirkətin bildirdiyinə görə, tərəfdaşlıq kənd təsərrüfatında rəqəmsal texnologiyaların inkişafına dəstək vermək və ölkənin rəqəmsal ekosistemini gücləndirmək məqsədi daşıyır.
Ağdaş rayonunun bütün ərazisi “Azeronline”ın fiber-optik yüksəksürətli internet şəbəkəsi ilə əhatə olunub.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) mütəmadi yayımladığı hesabatlarda şirkət son 11 ayda 150 Mbit/san və daha yüksək sürət göstəricisi ilə provayderlərin ən yüksək kateqoriyasında yer alıb.
“Azeronline LTD” BM 2024-cü ildə yekunlaşan “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatorlarından biri olub. Layihə ölkənin bütün bölgələrində, o cümlədən ən ucqar yaşayış məntəqələrində əhali və təşkilatların yüksəksürətli internetə çıxışını təmin etməyi hədəfləyib. Dörd il ərzində sabit genişzolaqlı yüksəksürətli internet əldə edə bilən təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatıb; nəticədə ölkə sabit genişzolaqlı internetlə tam əhatə olunub.