QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Prezidentin “Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” fərmanı əsasında Dövlət İdarəçilik Akademiyasında (DİA) oxuyan dövlət qulluqçularının diplom ala bilmədiyi bildirilir.

Məlumata görə, həmin qaydada Akademiyada magistr təhsili alaraq ötən il və bu il məzun olan dövlət qulluqçuları diplomlarını indiyədək əldə etməyiblər. Bunun Elm və Təhsil Nazirliyinin sənədləri verməkdən imtina etməsi ilə bağlı olduğu iddia edilir. Nazirliyin mövqeyinə dair məlumatda həmin şəxslərin Dövlət İmtahan Mərkəzinin (DİM) müvafiq imtahanlarında iştirak etmədən magistraturaya qəbul olunması səbəb göstərilir.

Dövlət İdarəçilik Akademiyası bildirib ki, bir qrup dövlət qulluqçusu Prezidentin qeyd olunan fərmanına əsasən, rəsmi göndərişlə ali məktəbə qəbul edilib. Akademiyanın açıqlamasında vurğulanıb ki, onların tədris prosesi təşkil olunub, təhsilin nəticələrini təsdiqləyən sənədlər isə müəyyən edilmiş qaydada Elm və Təhsil Nazirliyinə göndərilib.

Nazirliyə məsələ ilə bağlı sorğu ünvanlansa da, cavab alınmayıb.