QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Yasamal rayonunda, Mirəli Seyidov küçəsində yerləşən qeyri-yaşayış binası hərrac yolu ilə satışa çıxarılıb. Obyekt 3148-ci məhəllədə, 0,03084 hektar torpaq sahəsində yerləşir və 37 C nömrəsi ilə qeydiyyata alınıb.

İcra məmurlarının sifarişi ilə hərraca çıxarılan bina dörd mərtəbəlidir. Sahəsi 1 643,6 kvadratmetr olan obyektdə 40 otaq var. Onun ilkin bazar dəyəri 2 milyon 830 min 200 manat müəyyən edilsə də, satış qiyməti 2 milyon 405 min 670 manatdır.

Binada “ComfortHotel” fəaliyyət göstərir. Otelin 2021-ci ildə qeydiyyata alınmış “Royal Crovvn Hotel Management” MMC-yə bağlı olduğu bildirilir.

Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Pakistan vətəndaşı Nauman Samidir. “Royal Crovvn Hotel Management”in Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Azərbaycan və Özbəkistanda otellər işlətdiyi qeyd olunur. Bakıda “ComfortHotel”lə yanaşı, “ModernHotel” də həmin şirkət tərəfindən idarə edilir.