QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Bakının Nərimanov rayonunda parklanmaq istəyən sürücünün törətdiyi qəza nəticəsində restoran zərər görüb.
Hadisə Kazım Kazımzadə küçəsi 33/39 ünvanında qeydə alınıb. Hyundai markalı avtomobilin sürücüsü idarəetməni itirib və yol kənarında yerləşən “Saxsı” restoranına çırpılıb. Nəticədə obyektə ciddi ziyan dəyib.
Videogörüntülərdən qəzanı törədən şəxsin avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi görünür.