QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Bakının mərkəzinə yaxın 20-ci sahə qəsəbəsində evlərin qiymətləri və seçim imkanları alıcıların diqqətini çəkir. Mərkəzi ərazilərə qısa məsafədə yerləşən qəsəbədə daşınmaz əmlak nisbətən ucuz təklif olunur.

Elanlardakı qiymətlər evlərin sahəsinə, otaqların sayına və şəraitinə görə dəyişir. Ən ucuz təkliflərdən biri 30 kvadratmetrlik, ikiotaqlı evdir; onun satış qiyməti 41 min manatdır. Sahəsi 47-70 kvadratmetr olan iki və üçotaqlı evlər əsasən 55-60 min manata təklif edilir. Daha böyük həyət evləri və mənzillərin qiymətləri 83 min, 85 min və 90 min manatdır. Qəsəbədə 75 kvadratmetr sahəsi və dörd otağı olan evlərə də rast gəlinir; belə evlərin qiyməti 100 min manatdır.

Səbail rayonundakı massivdə qiymətlərin nisbətən aşağı olmasına ərazinin relyefi və dik yamaclarda yerləşməsi təsir edir. Bəzi küçələrdə nəqliyyatın hərəkəti və avtomobillə giriş çətinləşir. Bundan başqa, köhnə tikililərin çoxluğu və infrastrukturun məhdudluğu da qiymətlərə təsir göstərən amillər sırasındadır.

Bu çətinliklərə baxmayaraq, mərkəzə yaxın yaşamaq istəyən, lakin büdcəsi məhdud olanlar üçün 20-ci sahə alternativlərdən biri olaraq qalır.