QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qiymətli metalların dekabr fyuçersləri bahalaşıb.
Qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 1,69 faiz yüksələrək 4142 dollar olub.
Gümüşün bir unsiyası üzrə həmin müddətə aid fyuçerslər isə 1,47 faiz artaraq 53,05 dollar təşkil edib.