QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir bareli dünya bazarında 106,81 dollara satılıb.

Hərracların yekununda markanın qiyməti 6,64 dollar, yaxud 5,85 faiz aşağı düşüb. Yanvar ayı üzrə “Brent” fyuçerslərinin bir bareli 96,16 dollar olub.

Türkiyənin Ceyhan limanında FOB şərti ilə Azərbaycan neftinin bir barelinin qiyməti 5,75 dollar və ya 5,44 faiz azalaraq 99,90 dollara çatıb. Məlumat neft bazarındakı mənbədən əldə olunub.

Azərbaycanın bu il üçün dövlət büdcəsində neftin orta qiyməti bir barel üçün 65 dollar nəzərdə tutulub.

“Azeri Light”ın tarixi minimumu 2020-ci il aprelin 21-də qeydə alınan 15,81 dollar, maksimumu isə 2008-ci ilin iyulundakı 149,66 dollar olub. Neft “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda çıxarılır. Layihədə SOCAR-ın payı 35,3 faizdir.