QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Balakənin Mahamalar kəndində iki qardaş arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

Hadisə noyabrın 24-ü axşam saatlarında qeydə alınıb. 1960-cı il təvəllüdlü Sədrəddin Malahovla 1957-ci il təvəllüdlü qardaşı Məhəmməd Malahov arasında münaqişə yaranıb.

Mübahisə zamanı Məhəmməd Malahov özündən üç yaş kiçik qardaşının sinəsinə bıçaqla xəsarət yetirib. Hadisədə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Fakt üzrə Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.