QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, “Qalatasaray”ın futbolçusu Barış Alper Yılmazın aktrisa və model Yeliz Yeşilçimene imzaladığı forma göndərməsi Türkiyə maqazin gündəmində müzakirələr yaradıb. Yeşilçimen hədiyyənin şəklini sosial şəbəkə hesabında yayımladıqdan sonra onların sevgili ola biləcəyi barədə iddialar ortaya çıxıb.
Ötən ay model İrem Haznedarla münasibətdə olduğu deyilən Yılmaz bu dəfə Yeşilçimenə göndərdiyi hədiyyə ilə gündəmə gəlib. Aktrisa paylaşımında “Təşəkkürlər, ulduz” sözlərini yazıb.
Sosial şəbəkə istifadəçilərinin bir qismi bu paylaşımı futbolçu ilə Yeşilçimen arasında romantik münasibətin mümkünlüyü kimi şərh edib.
Bununla belə, tərəflərin münasibətdə olduğuna dair rəsmi təsdiq yoxdur. Barış Alper Yılmaz və Yeliz Yeşilçimen yayılan iddialara hələlik münasibət bildirməyiblər.