QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərində 14 yaşlı qız güllələnərək öldürülüb.
Şəhər polisinin bildirdiyinə görə, yeniyetmə şəhər parkında 21 yaşlı nişanlısı tərəfindən qətlə yetirilib. Şübhəli şəxs cinayətdən sonra özünə də atəş açaraq intihar edib. Qatilin kimliyi açıqlanmayıb.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilib.
Son yeddi ayda İranda 90-a yaxın qadının həyat yoldaşları, keçmiş həyat yoldaşları, ataları və digər yaxın ailə üzvləri tərəfindən öldürüldüyü qeyd olunur.