QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, “Bakmil” stansiyası üzrə bayram günlərində qatarların hərəkət vaxtları müəyyənləşdirilib.
Bakı Metropoliteninin məlumatına əsasən, noyabrın 9-u və 10-da stansiyaya doğru və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərinin qrafiki ilə işləyəcək.
Ehtiyac yaranarsa, xəttə çıxarılması üçün ehtiyat qatarlar hazır saxlanılacaq.