QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, “Kaybolan Yıllar” serialında Ali obrazını oynayan Burak Hakkı hazırda Çanaqqalada qoz yetişdirir. Aktyor illər əvvəl İstanbuldan bu bölgəyə köçərək kənd təsərrüfatı ilə məşğul olmağa başlayıb.
“Dudaktan Kalbe”, “Yer Gök Aşk” və “Gurbet Kadını” seriallarında da rol alan Hakkının təsərrüfatında 800-1000-ə yaxın qoz ağacı var. İşlərdə ona anası da dəstək olur.
Aktyorun sözlərinə görə, ağacdan götürülən məhsul onun yaşına və necə qulluq edilməsinə bağlıdır. Qulluq qaydalarına əməl edildikdə bir qoz ağacından 50 kiloqrama qədər məhsul almaq olar.
Hakkı aktyorluğu davam etdirmək niyyətindədir və yeni layihələr üzərində işləyir. O bildirib ki, rol seçərkən obrazın özündən çox layihənin ümumi səviyyəsini və tamaşaçı marağını nəzərə alır.