QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, tanınmış aktrisa Burcu Özberk İstanbul Baş Prokurorluğunun narkotiklə bağlı apardığı istintaq çərçivəsində saxlanılıb.
İstintaq üzrə barələrində həbs qətimkan tədbiri seçilmiş 35 şübhəlinin 23-ü tutulub. Saxlanılan şəxslər arasında Özcan Dəniz, Deniz Çakır, Murat Ceylan, Cansu Taşkın və İbrahim İzzet Özilhan da yer alır.
Həbs qərarları şahid və şübhəlilərin ifadələri, rəqəmsal materialların ekspertiza rəyləri, eləcə də məxfi şahidlərin məlumatları qiymətləndirildikdən sonra narkotik maddələrdən istifadə və ya onların saxlanılması şübhəsi ilə verilib.
Qeyd edək ki, gənc aktrisa hazırda “Anne yarısı” serialında baş rolda çəkilir.