“Güller ve Günahlar” teleserialında Zeynep obrazını canlandıran türkiyəli aktrisa Cemre Baysel şəxsi həyatı ilə gündəmə gəlib. QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Bayselin Türkiyə millisinin və “Beşiktaş”ın futbolçusu Emirhan Topçu ilə münasibətdə olduğu məlum olub.

Aktrisanın bundan əvvəl avtoyarışçı Cem Bölükbaşı ilə münasibəti olub, lakin bu əlaqə uzun sürməyib. Keçmiş sevgilisindən ayrılması barədə danışan Baysel məsələni “bitdi” sözləri ilə yekunlaşdırmışdı.

Futbolçu ilə sevgili olması barədə xəbərlərə münasibət bildirən aktrisa belə deyib: “Demişdim ki, bir şey olsa, biləcəksiniz. Nə yaxşı ki, eşitmisiniz”.

Jurnalistlərin ona ünvanladığı “xeyirli olsun” təbrikinə Baysel “Amin, çox sağ olun. Özü hazırda yanımda deyil, çünki milli komandanın düşərgəsindədir”, – cavabını verib.