QafqazNews Manset.az-a istinadən xəbər verir ki, dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan neftinin (CIF) qiyməti yüksəlib.
Bir barelin qiyməti 0,62 dollar, yaxud 0,58 faiz artaraq 107,46 ABŞ dollarına çatıb. Əvvəlki göstərici 106,84 dollar olub.
Qeyd edək ki, bu il Azərbaycanın dövlət büdcəsində “Azeri Light” neftinin bir bareli üçün orta qiymət 65 ABŞ dolları nəzərdə tutulub.