QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsinin Cənubi Qafqazda yeni mərhələnin başlanğıcı olduğunu bildirib.
Ərdoğan bu fikirləri Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.
Türkiyə Prezidenti qeyd edib ki, qarşıda duran əsas məqsəd döyüş meydanlarında əldə olunan qələbəni davamlı sülhlə möhkəmləndirməkdir. Onun sözlərinə görə, Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verdiyi kimi, bölgədə uzunmüddətli sülhün qurulmasına yönələn təşəbbüslərini də dəstəkləyir.
Ərdoğan Qarabağda bərpa olunan hər bir tarixi irsin Azərbaycan xalqının gələcəyə inamını nümayiş etdirdiyini deyib və bu istiqamətdə Türkiyənin öz təcrübəsini bölüşməyi davam etdirəcəyini vurğulayıb.