QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, İspaniyalı aktrisa Ester Ekspozito keçmişdə yaşadığı ağır psixoloji problemlər barədə danışıb.
Hazırda 26 yaşı olan sənətçi bildirib ki, 19 yaşında dərin sarsıntı keçirdiyi vaxt evtanaziya üçün rəsmi müraciət edib. Ailəsinin buna kəskin şəkildə qarşı çıxmasına baxmayaraq, onun tələbi qəbul edilməyib.
Ekspozitonun sözlərinə görə, həmin çətin mərhələ iki il davam edib və gündəlik həyatına ciddi təsir göstərib. O, heç nədən zövq almadığını, evdən çıxmadığını qeyd edib:
“19 yaşımda evtanaziya istədim. Daxilimdə yaşadığım ruhi və psixoloji problemlər məni iki il boyunca öz təsiri altında saxladı. Həyatdan heç cür zövq ala bilmir, evdən çölə belə çıxmırdım”.
Aktrisa həmin dövrdə intihara cəhd etdiyini, lakin sağ qaldığını da söyləyib.
O, 21-22 yaşlarında vəziyyətində müsbət dəyişikliklərin başladığını və zaman keçdikcə özünü daha yaxşı hiss etdiyini bildirib: “21-22 yaşlarıma gələndə bu hisslər zamanla dəyişməyə başladı. Bu gün 26 yaşım var və həyatımın daha yaxşıya doğru getdiyini deyə bilərəm”.