QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, AZCON Holding-ə daxil olan “AzInTelecom” MMC-nin Müştərilərlə əlaqələr şöbəsinin rəhbəri Günel Səmədova vəzifəsindən ayrılıb və “PAŞA Sığorta” ASC-də yeni vəzifəyə təyin olunub.
Səmədova sığorta şirkətinin Şikayətlərin idarə edilməsi şöbəsinin müdiri olub.
O, 2018-2026-cı illərdə “AzInTelecom”da, 2017-2018-ci illərdə isə “PMD Group” MMC-də çalışıb.
Bundan əvvəl “PAŞA Sığorta”da Tahir Əliyev Məhkəmə mübahisələri və icra departamentinin, Rüfət İsgəndərov isə Subroqasiya departamentinin rəhbəri təyin edilmişdi.
“PAŞA Sığorta” ASC 2006-cı ildə yaradılıb və “PAŞA Holding” MMC-nin tərkibinə daxildir. Şirkətin baş icraçı direktoru Niyaz İsmayılovdur, nizamnamə kapitalı 50 milyon manat təşkil edir.