QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, AFFA İntizam Komitəsi 2-ci Liqanın 10-cu turunda qeydə alınan pozuntularla bağlı qərarlar qəbul edib.

“Ağstafa Gəncləri” ilə qarşılaşmanın 90-cı dəqiqəsində “Şəmkir”in 22 nömrəli futbolçusu Fuad Əhmədov hakimə qarşı təhqiramiz ifadələr işlədib və birbaşa qırmızı vərəqə alıb. O, növbəti 4 oyunda iştirak edə bilməyəcək, klubu isə 1000 manat cərimələnib.

“Ağstafa Gəncləri”nin dörd futbolçusunun sarı vərəqə alması komandanın 70 manat cərimələnməsi ilə nəticələnib. “Hypers”ə 700 manat, “Kür-Araz” və “Difai”yə isə 70 manat cərimə tətbiq olunub.

“Difai”nin məşqçisi Əli Hüseynov da hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. O, 4 oyunu buraxacaq, klub isə 1000 manat ödəməli olacaq.