QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Hatayın Hassa rayonunun Bintaş məhəlləsində yağışlardan sonra sayları artan ilbizlər sakinlər üçün problem yaradıb. Onlar tərəvəz sahələrinə, evlərin divarlarına və yaşayış evlərinin içərisinə qədər yayılıb.
İlbizlərin kələm və lobya kimi tərəvəzlərə zərər vurduğu, buna görə bəzi sakinlərin yetişdirdikləri məhsulları yığışdırmalı olduğu bildirilir. Məhəllədə səkkiz evin bu vəziyyətdən təsirləndiyi qeyd olunur. Sakinlər ilbizlərlə mübarizə məqsədilə evlərin ətrafına duz və dərman səpirlər.
Məhəllə sakinlərindən Miyasa Çalışır ilbizlərin təkcə bağlarda deyil, evlərin daxilində də göründüyünü deyib.
Digər sakin Emine Okur isə ilbizlərin tərəvəzlərə ciddi ziyan vurduğunu, yetişdirdiyi lobya və başqa məhsulları yığışdırmağa məcbur qaldığını bildirib.