QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, İmişli və Saatlı rayonlarının bəzi kəndlərində qaz təchizatında fasilə yaranıb.

“Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, təmir-quraşdırma işləri ilə bağlı qaz verilişi saat 10:00-dan etibarən işlər yekunlaşanadək dayandırılıb.

Məhdudiyyət İmişli rayonunun Qaralar, Cavadxanlı, Bəcirəvan, Ağcüyür, Qaravəlli və Mirili kəndlərini, həmçinin Saatlı rayonunun Naharlı və Məzrəli kəndlərini əhatə edir.