QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, İranın Kürdüstan əyalətinin Sənəndəc şəhərində 16 yaşlı Heliya Fəttahinin ölümündə şübhəli bilinən valideynləri həbs olunublar.

Cütlük qızı öldürdüklərini etiraf edərək cinayəti namus məsələsi ilə əlaqələndirib. Onların bildirdiyinə görə, əvvəlcə Heliyaya yuxu dərmanı veriblər, qız huşunu itirdikdən sonra isə üzünə yastıq qoyaraq onu boğublar.

Oktyabr və noyabr aylarında İranda 11 yeniyetmə və gənc qız ailələri tərəfindən “namus” iddiası ilə öldürülüb.