QafqazNews Manset.az-a istinadən xəbər verir ki, təbii qaz ehtiyatlarının həcminə görə dünyada ikinci, neft ehtiyatlarına görə isə üçüncü olan İranda milyonlarla insan elektrik kəsintiləri ilə üzləşib.
Fasilələrin bazar günü başladığı və hər gün iki saata qədər davam edə biləcəyi gözlənilir. Uzunmüddətli sanksiyalar, enerji sisteminin köhnəlməsi və investisiyaların yetərli olmaması ilə yanaşı, müharibə vaxtı enerji obyektlərinin hədəfə alınması da ölkənin təbii sərvətlərini elektrik enerjisinə çevirməsini çətinləşdirir.
İran qış mövsümü yaxınlaşarkən elektrik enerjisinin paylanmasını məhdudlaşdırmağa məcbur olub. Noyabrın 25-də “Al Jazeera”nın yaydığı məlumata əsasən, 92 milyon sakini elektriklə təmin edən ölkənin ayrı-ayrı bölgələrində noyabrın 22-dən müxtəlif müddətli kəsintilər tətbiq olunur. Fasilələrin gündə iki saata qədər çəkdiyi bildirilir.
İran Milli Elektrik Şirkətinin rəhbəri Məhəmməd Allahdad yanacaq təchizatında yaranan çətinliklərə görə elektrik enerjisinin paylanmasının məhdudlaşdırılacağını açıqlayıb.
Prezident Məsud Pezeşkian isə təbii qaz infrastrukturuna edilən hücumların qışda qarşılaşılacaq problemləri daha da ağırlaşdırdığını deyib.