QafqazNews TRT Haber-a istinadən xəbər verir ki, İranın Sistan və Bəlucistan vilayətinin şimalında, Zehek şəhəri yaxınlığında hərbi kazarma yaxınlığında partlayış baş verib.
IRNA-nın məlumatında bildirilir ki, əl istehsalı partlayıcının partladılması nəticəsində can itkisi olmayıb. Hadisənin hərbi personala sui-qəsd məqsədilə həyata keçirildiyi vurğulanıb.
Xəbərdə həmçinin, partlayış zamanı ərazidə olan bir nəqliyyat vasitəsinin zərər gördüyü qeyd olunub.