QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, İsmayıllının Topçu kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan minik avtomobili yolun kənarında dayanmış traktora çırpılıb. Zərbənin təsirindən traktor iki yerə bölünüb.

Hadisə zamanı xəsarət alanların olub-olmadığı hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.