QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Kolumbiyanın şimalındakı Kartagena şəhərində supermarketdə girov saxlanılan 30 nəfərin 10-u azad edilib.

Kolumbiya polisinin ABŞ-nin X sosial şəbəkəsindəki rəsmi hesabında yayılan məlumata görə, silahlı şəxslər yerli vaxtla saat 08:00-da La Kastelyana məhəlləsindəki marketə daxil olublar. Qarət cəhdi zamanı onlar çox sayda şəxsi girov götürüblər.

Təhlükəsizlik qüvvələrinin hadisə yerində əməliyyatı davam etdirdiyi bildirilib.