QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Manuel Noyer zədə səbəbindən 2026-cı ilin qalan bölümündə “Bavariya”ya kömək edə bilməyəcək. Beləliklə, təcrübəli qapıçı üçün cari il başa çatıb.

Noyerin müalicə və reabilitasiya prosesinin 2027-ci ilin əvvəlinə qədər sürəcəyi, onun yaşıl meydanlara yalnız gələn il dönə biləcəyi gözlənilir.

Qapıçının sıradan çıxması Münhen təmsilçisinin bu mövqeyində ciddi çətinlik yaradıb. Klub rəhbərliyinin qış transfer dövründə yeni qolkiper tapmaq üçün axtarışa başlayacağı bildirilir.