QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Çelsi”nin futbolçusu Koul Palmer “Ginnesin Dünya Rekordları” tərəfindən rəsmi rekordçu kimi tanınıb.
İngiltərəli yarımmüdafiəçi 2024-cü il aprelin 15-də “Everton”la Premyer Liqa oyununda cəmi 29 dəqiqəyə sol ayağı, başı və sağ ayağı ilə qol vuraraq mükəmməl het-trik edib. Bu nəticə liqa tarixində yeni rekord olub.
Palmer 13-cü dəqiqədə sol ayağı ilə, 18-ci dəqiqədə başla, 29-cu dəqiqədə isə sağ ayağı ilə fərqlənib. Beləliklə, o, 1995-ci ildən Tommi Consona məxsus olan 38 dəqiqəlik rekordu geridə qoyub.
İkinci hissədə penaltini də dəqiq yerinə yetirən Palmer matçı dörd qolla başa vurub. “Çelsi” həmin görüşdə “Everton”a 6:0 hesabı ilə qalib gəlib. Rekord təşkilatın təqdim etdiyi rəsmi sertifikatla təsdiqlənib.