QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Asiya Çempionlar Liqasının Liqa mərhələsində Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Qətərin “Əl-Sədd” komandası ilə qarşılaşmada 2:1 hesabı ilə qalib gəlib.
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo penaltini qola çevirərək karyerasında 987-ci dəfə fərqlənib. Meydan sahiblərinin digər qolunun müəllifi portuqaliyalı futbolçu Joao Feliks olub.
Qələbə Səudiyyə Ərəbistanı klubuna turnirin Liqa mərhələsində vacib xallar qazandırıb.