QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Sumqayıtda 24 yaşlı Aygül Elman qızı Əskərova dəm qazından zəhərlənərək həyatını itirib.
Hadisə noyabrın 23-də gecə saat 02 radələrində qeydə alınıb. 2002-ci il təvəllüdlü şəhər sakini yaşadığı evin hamam otağında dəm qazından boğulub.
Faktla bağlı araşdırmanı şəhər prokurorluğu aparır.