QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Litvanın xarici işlər naziri Kestutis Budris bu axşam Bakıda “Sabah” və İspaniyanın “Barselona” klubları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci tur qarşılaşmasına baxmağı nəzərdə tutur.

Budris bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə qatıldığı mətbuat konfransında deyib.

“Bu axşam futbol matçı (“Sabah” – “Barselona”) keçiriləcək. İnşallah, biz sizinlə, cənab nazir, matçda olacağıq və “Sabah”a azarkeşlik edəcəyik”, – Litvanın XİN rəhbəri bildirib.

O, “Sabah”ın qalib gələcəyinə ümid etdiyini də söyləyib. Qeyd edək ki, Azərbaycan klubunun baş məşqçisi litvalı mütəxəssis Valdas Dambrauskasdır.