QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, PSJ qış transfer pəncərəsində heyətinə yeni futbolçu cəlb etmək niyyətində deyil.
Paris klubunun baş məşqçisi Luis Enrike transfer siyasətindən danışarkən qısamüddətli keçidlərin komandanın oyun yanaşmasına uyğun gəlmədiyini bildirib. İspaniyalı mütəxəssisin sözlərinə görə, altı aylıq müqavilə ilə futbolçu gətirmək PSJ-nin üslubuna uyğun deyil.
Nəticədə mövsümün ikinci yarısında Paris təmsilçisi həm daxili çempionatda, həm də avrokuboklarda hazırkı heyətinə güvənəcək.