QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, 2027-ci ildə Nazirlər Kabinetinin saxlanmasına dövlət büdcəsindən 45,166 milyon manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ildə ayrılan məbləğdən 33,4 faiz çoxdur.
Məbləğ 2027-ci ilin büdcə zərfi layihəsində yer alıb.
Vəsaitin 39,322 milyon manatı əməkhaqqına, 5,12 milyon manatı mal və xidmətlərin alınmasına, 510 min manatı sosial ödənişlərə, 215 min manatı isə qeyri-maliyyə aktivlərinə sərf olunacaq.