QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında neft-qaz sektorundan dövlət büdcəsinə 12 930,5 milyon manat vəsait daxil olub. Bu məbləğ nəzərdə tutulan göstəricidən 625,5 milyon manat, yaxud 5,1 faiz artıqdır.
Daxilolmaların 9 628,0 milyon manatı, yəni 74,5 faizi Dövlət Neft Fondundan transfertlər hesabına formalaşıb. Qalan 3 302,5 milyon manat (25,5 faiz) vergi orqanlarının xətti ilə büdcəyə yönəldilib.
Vergi gəlirlərinin bölgüsündə “Şahdəniz” layihəsinin payı 1 539,8 milyon manat, ARDNŞ-in payı 1 301,6 milyon manat, “Azəri-Çıraq-Günəşli” layihəsinin payı isə 461,1 milyon manat olub.