QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Norveçin “Equinor” enerji şirkəti kiberhücuma məruz qalıb. Şirkət Avropanın ən iri təbii qaz təchizatçılarından biridir.

Qitənin enerji təhlükəsizliyində strateji əhəmiyyət daşıyan şirkətə qarşı baş verən hücumu mütəxəssislər və rəsmi qurumlar izləyir.

Kibertəhlükəsizlik qrupları sistemləri qorumaq və mümkün pozuntuların qarşısını almaq üçün operativ tədbirlər görürlər. Hadisə Avropanın enerji infrastrukturunun kiberhücumlar qarşısında həssaslığı məsələsini yenidən gündəmə gətirib.