QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, noyabrın 24-ü üçün hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında dəyişkən buludluluq, arabir buludlanma gözlənilir, yağıntı ehtimalı isə əsasən yoxdur.
Cənub-qərb küləyi bəzi vaxtlarda güclənəcək, axşam saatlarında mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Paytaxt və Abşeron yarımadasında temperatur gecə 9-13, gündüz 15-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm-ə enəcək, nisbi rütubət 55-65 faiz təşkil edəcək.
Ölkənin rayonlarında da havanın əsasən yağıntısız keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi ərazilərdə duman müşahidə oluna bilər. Mülayim cənub-qərb küləyi əsəcək.
Rayonlarda gecə 4-8, gündüz 15-20 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 0-5 dərəcə şaxta, gündüz isə 8-13 dərəcə isti gözlənilir.