QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkianın Məşhəddə, Firdovsi Universitetində tələbələrlə görüşü yarımçıq başa çatıb.

Xorasan-e Rəzəvi əyalətinə səfər çərçivəsində təşkil olunan tədbirdə bir tələbə qız etirazını bildirib. Pezeşkian ona əsəbi şəkildə “İstəmirəm! Oturun, xanım, çox rica edirəm!” deyə müraciət edib.

Tələbənin etirazını yenidən səsləndirməsindən sonra görüşdə gərginlik artıb, prezident isə çıxışını dayandırıb.