QafqazNews Manset.az-a istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının V turunda “Qalatasaray” bu gün saat 20:45-də İstanbulda, “RAMS Park”da “Aston Villa” ilə qarşılaşacaq. Baş məşqçi Okan Buruk start heyətini, demək olar, müəyyən edib.

V turun qarşılaşmaları bu axşam keçiriləcək doqquz oyunla başlayacaq. Dörd görüşdən 6 xal qazanan “Qalatasaray” turnir cədvəlində 18-ci, 9 xalı olan “Aston Villa” isə altıncı sıradadır.

İstanbul klubu rəqibini məğlub etməklə növbəti mərhələyə yüksəlmək imkanlarını artırmağa çalışacaq. İngiltərə təmsilçisi isə qələbə sayəsində ilk səkkizliyə düşmək şansını gücləndirməyi hədəfləyir.

“Samsunspor”la oyunda zədəsi səbəbindən iştirakı riskli sayılan İsmail Yakobs “Aston Villa” matçı öncəsi son məşqin bütün hissələrində komanda ilə çalışıb. Buruk mətbuat konfransında futbolçunun məşqdə yoxlanılacağını, məşqi sona qədər davam etdirə biləcəyi halda matçın iştirak ərizəsinə salınacağını demişdi. Yakobsun bu axşam ilk dəqiqələrdən meydana çıxacağı gözlənilir.

“Qalatasaray”ın zədəli oyunçularından iştirak ərizəsində yalnız Yakobsun yer alacağı bildirilir. Viktor Osimhen və Roland Sallainin müalicəsi davam edir. Burukun sözlərinə görə, onların durumu derbiyə qədər hər gün qiymətləndiriləcək və futbolçular həmin görüşün iştirak ərizəsinə daxil edilə bilərlər.

Rafael Leao ən geci yanvarda yaşıl meydanlara qayıdacaq. Portuqaliyalı futbolçunun bərpası zamanı riskə yol verilməyəcək.