QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Respublika Klinik Xəstəxanasında qan donoru olmaq istəyən vətəndaş elektron qeydiyyat sistemi işləmədiyindən qan verə bilməyib.
Vətəndaş sosial şəbəkədə yazıb ki, tanışı əməliyyat olunacaq xəstə üçün ondan donor olmağı xahiş edib. O, xəstəxanaya gedib və müayinələrdən sonra qan vermək üçün uyğun olduğu bildirilib. Ancaq sistemdə yaranan problem prosedurun keçirilməsinə imkan verməyib.
Vətəndaşa bir saat sonra yenidən gəlmək tövsiyə edilsə də, elektron qeydiyyatın nə zaman bərpa olunacağı barədə məlumat verilməyib.
Paylaşımda o, TƏBİB-in tabeliyindəki müəssisələrdə sistemin işləməməsi ilə bağlı suallar qaldırıb və özəl klinikalarda vəziyyətin necə olduğunu soruşub. Vətəndaş həmçinin sistemə cavabdeh şəxslərin problemi nə vaxt aradan qaldıracağını qeyd edib.
TƏBİB məsələ ilə bağlı aparılan araşdırmanın davam etdiyini bildirib.